Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
İsti su olmazsa, necə qüsl alım?
Vaaleykum salam va rahmatullah.
İlk öncə onu qeyd edək ki, belə bir vəziyyətdə, əgər su qızdırmağa imkan və şəraitiniz varsa, su qızdırmalı və qüsl almalısınız. Onu da vurğulayaq ki, qüsl üçün hətta bir çaynik qədər su belə kifayət edir. Qüslda əsas olan ağız-burna su almaq və bütün bədəni bir dəfə olsa, belə yaxalamaqdır. Bunun üçün isə elə də çox suya, yaxud suda israfçılıq etməyə ehtiyac yoxdur.
Əgər su olmazsa və ya su olsa belə qızdırmağa şərait olmazsa, yaxud şərait olsa belə, qüsl alınacağı təqdirdə ciddi bir şəkildə xəstələnmə ehtimalı varsa, bu hallarda qüsl əvəzinə təyəmmüm almaq olar.
Təyəmmüm etməyin qaydası adı ilə
Bu alınacaq təyəmmüm qüslu əvəz edir, sonra isə pozulacağı təqdirdə hər namaz üçün dəstəmaz alınmalıdır. Qüsl almaq üçün şərait yaranan kimi, qüsl alınmalıdır.