Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
Böyük şirk üzrə ölənlər haqda
Fərq etməz böyük şirk və ya böyük küfr edən kəslər istər sağlıqlarında, istərsə də vəfat etdikdən sonra kafir və müşrik sayılırlar. Lakin bu şirki və küfrü edən kəs əsli müsəlman olan bir kəsdirsə və bu əməlləri bilməməzliyindən dolayı edibsə, həmin kəsin kafir olub dindən çıxdığı yəqinliklə bilinmədiyi təqdirdə o kəslə bu dünyada müsəlman kimi rəftar edilməlidir. Axirətdə halı isə Allaha qalıb. Çünki müamilə (rəftar qaydaları) hökmdən əvvəl yox, sonradır. Həmçini şəriət qaydasına əsasən, yəqinliklə sabit olan bir şey zənn ilə deyil, yalnız yəqinlikılə aradan qalxa bilər.
İbn Teymiyyə belə demişdir: "Biz yəqinliklə bilirik ki, Peyğəmbər (əleyhissəlam) öz ümmətinə hər hansı bir ölüyə, saleh insana və ya peyğəmbərə nə istiğasə (imdad diləmək), nə də istiazə (sığınmaq) ləfzi ilə dua etməyi icazəli etməmişdir. Həmçinin o, ümmətinə ölüyə və ya qeyrisinə səcdə etməsini də icazəli etməmişdir. Biz bilirik ki, o bütün bunları qadağan etmişdir və bu əməllərin hamısı Uca Allahın və Rəsulunun haram etdiyi şirk əməlləridir. Lakin sonrakı nəsillərdə elmin azlığı və cəhalətin çoxluğu səbəbi ilə bu cür insanları təkfir edə bilmərik. Hətta onlara dəlil-hüccət çatmayınca" ("ər-rəddü aləl-Bəkri" səh. 377).
Əlavə məlumat üçün:
“Fəhmul-hüccə” (çatdırılan hüccəti anlamaq) şərt deyil” şübhəsi