Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Cənazəyə dəstəmaz aldırmaq

SUAL:
Əssələmun aleykum və rahmətullahi. Allah sübhanəhu və təalə sizləri xeyirlə mükafatlandırsın. Sualım budur ki, bir şəxs öləndə ölən şəxs yuyulur sonra qüsuldan əvvəl yada sonra dəstəmaz alındırılır bu barədə zəhmət olmasa məlumat verərdiniz? Allah eliminizi bərəkətli etsin.
CAVAB:

Vaaleykum salam va rəhmətullah

Qüsldən öncə cənazəyə dəstəmaz aldırmaq dörd fiqhi məzhəbə görə müstəhəb hesab olunur. Çünki Allah rəsulu (sallallahu aleyhi və səlləm) qızının cənazəsini yuyan qadınlara əmr tövsiyə etmişdiki cənazəni yuyarkən sağ tərəfdən və ilk öncə dəstəmaz əzalarından başlasınlar (Buxari, 167 və Müslim, 939).