Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Bidət və ona qarşılıq

SUAL:
Əssələm aleykum rahmətullahi və bərəkətuhu. Biz asqırarkən, olur ki cahillər arasında sağlam ol deyənlər olur onlara nə cavab verək?
CAVAB:

Vaaleykum salam va rəhmətullah va bərəkətuh

Əslində, asqıran adam "əlhəmdulilləh" deməlidir. Asqırıb "əlhəmdulilləh" deyənə isə "yərhəmukəllah" deyilməlidir. Ona görə də siz çəkinmədən və utanmadan, bu kimi şeyləri bilməyənlərə öyrətməlisiz. Öyrətməyin ən asan və ən gözəl yolu isə bunu onların yanında tətbiq etməkdir. Suala gəldikdə isə, belə bir vəziyyətdə sən cavab olaraq "çox sağol" deyə bilərsən. Bu bizim adətimizdir və burda eyb olacaq bir şey də yoxdur. Sadəcə olaraq elə etmək lazımdır ki, adət olan şeylər şəriətlə bizə tövsiyyə edilən şeyləri aradan qaldırmasın. Ona görə də "çox sağol" deməklə yanaşı, həmin məqamda fürsət tapıb  həmin kəsə mövzu ilə əlaqədar şəriətin qaydasını da öyrətməlisən.