Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Hədislərin etibarlılığına necə inanaq?

SUAL:
Salam aleykum Mənə sual verillərki həqiqətən hədislərin Peyğambərlərin dediyinə necə inanaq? Bəlkə uydurmadır. Şübhə yaradan suallardı Allahın izni ilə yardım etsəniz çox şad olaram. Allah razı olsun!
CAVAB:

Vaaleykum salam

Onu bilmək lazımdır ki, Quran bizə hansı yolla gəlibsə, sünnə (hədislər) də bizə o yolla gəlib çatıb. Yəni Quranı bizə nəql edən ravilər, o cümlədən də sünnəni bizə nəql ediblər. Bu səbəbdən sünnəyə şübhə edən kəs gərək ilk öncə Qurana şübhə etsin. Bu, məsələnin birinci tərəfi.

İkincisi, İslam ümməti Quranın hifzi üçün nə iş görübsə, onunla paralel sünnənin də hifzi üçün eyni işləri görüb. Misal üçün Quranın toplanması, onun qiraətlərinin ilk öncə rəvayət və daha sonra da kitablarda cəm edilməsi və sonra səhih qiraətlərin zəif və uydurma qiraətlərdən ayrılması və s. Bu şeylərin eynisi də hədislər üzərində tətbiq olunub. Yəni Peyğəmbərin hədislərini onun əshabı özlərindən sonrakı nəsillərə, onlar da özlərindən sonrakılara ötürürblər. Sonra həmin hədislər kitablara yazılıb. Daha sonra etibarlı olanları zəif və uydurma olanlarından ayırd edilib və s.

Ümumiyyətlə bilmək lazımdır ki, bu din (Quran və sünnə) bizə sənəd (ravilər) yolu ilə gəlib çatıb. Bu din isnad dinidir. Əgər isnad olmasaydı, istəyən istədiyini söyləyərdi. Sənəd (isnad) bu dini digər dinlərdən ayıran əsas xüsusiyyətdir. Sənəd (isnad) elmini inkar etmək elə islamın özünü inkar etməyə bərabərdir.

Əlavə məlumat üçün aşağıdakı materiallardan istifadə etməyinizi tövsiyyə edirik:

HƏDİSLƏRİN İSLAMDA YERİ və hədislərsiz Quranın anlaşılmayacağının bəyanı (İmam Əlbani)

Hədis inkarçıları barədə müxtəlif növ məlumat