Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Məzhəblər haqqında.

SUAL:
Allahın salamı olsun sizə. Əhli sünnənin dörd məzhəbi var. Təqdim etdiyiniz namaz hansı məzhəbə aiddir. Hənəfi yoxsa?
CAVAB:

Vaaleykum salam va rahmatullah

Təqdim olunan namaz Peyğəmbər (sallallahu aleyhi və səlləmin) qıldığı və ondan səhih hədislərlə bizə gəlib çatmış namaz formasıdır. Məzhəbə gəldikdə isə daha çox Şafi məzhəbizə uyğundur. Doğrusunu Allah bilir!

Həmçinin sizə bu məlumatlardan da faydalanmağı tövsiyə edirik:

Məzhəbçilik anlayışı