Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Təşəhhüd barədə

SUAL:
ƏsSəlamu Aleykum, namazda təşəhhüdün sözlərində .....əssələmu alən nəbiyyu ...olmalıdır yoxsa ...əssələmu əleykə əyyuhən nəbiyyu ... olmalıdır?
CAVAB:

Vaaleykum salam va rahmatullah!

Hər iki formada da deyilə bilər.

Lakin "əssələmu əleykə əyyuhən nəbiyyu" formasında deyilməsi daha yaxşıdır. Çünki Peyğəmbərin (Allahın ona salam-duası olsun!) sağlığında və vəfatından sonra da səhabələrin əksəriyyətinin dediyi məhz bu forma idi.