Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Duha, İstixarə və Vitr namazları haqda

SUAL:
ƏsSəlamu Aleykum, bir neçə sualım olacaq mənim n1. Duha namazı necə qılınır, qılınma qaydasında nəsə fərq varmı, neçə rükət qılınır və fəziləti nədir? n2. Səhər axşam zikrlərini edərkən son vaxtların günəş çıxan və batan vaxta düşərsə zikrə davam etmək olar, yoxsa yox? n3. İstixarə eləmək nədir, niyə edilir və necə edilir? n4. 10 dəfə Allahu Əkbər,10 dəfə Əlhəmdulilləh,10 dəfə Subhənəllah, 10 dəfə Əstəğfirullah, 10 dəfə Lə ilahə illəllah, Allahumməğfirli vəhdini və ruzuqni və əafini - gecə namazında Təkbirətul Ehramdan sonra edilən duanı deyib 8 rükəti təşəhhüdə oturmadan qılıb sonda 1 rükət də qılıb sonra namazı bitirmək daha yaxşıdır deyə eşitmişəm düzdür bu? Belə olarsa son rükətdə Qunut duası da oxunmalıdırmı? Öncədən təşəkkürlər. Allah razı olsun.
CAVAB:

Vaaleykum salam va rahmatullah va barakatuh!

1. Duha namazının vaxtı günəş çıxdıqdan təxmini yarım saaat sonra başlayır və Zöhr namazına 10-15 dəqiqə qalmışa qədər davam edir. Müstəhəb namazlardandır. Hədisdə də qeyd edildiyi kimi insan bədənində olan 300dən çox oynağın sədəqəsini gündəlik qıldığı Duha namazı ilə ödəyə bilər. Ən azı iki rükətdir. Çüt rükət olaraq daha da artıq, məsələn, 4, 6, 8 və s. sayda da qılmaq olar. Digər namazlardan heç bir fərqi yoxdur.

2. Bəli, davam etmək olar.

3. İstixarə namazı bildiyimiz adi iki rükətli namazdır. Belə ki, iki iş arasında seçim etməkdə çətinlik çəkən və həmin işdən hansının onun dini və dünyası üçün xeyirli olduğunu bilməyən biri iki rükət namaz qılmalı və sonra da Peyğəmbərin öyrətdiyi İstixarə duasını oxuyaraq Uca Allaha işindəki çətinliyi ərz etməlidir. İstixarə duasını "Müsəlmanın qalası" kitabından öyrənə bilərsiniz.

4. İlk öncə onu qeyd edim ki, Vitr namazının sonuncu rükətində Qunut duasını axumaq da olar, oxumamaq da. Yəni Qunut duasını oxumadan da Vitr namazını qılmaq olar. Vitir namazının bu və digər formalarda qılınma qaydaları vardır ki, hamısı da səhih hədislər də sabit olmuşdur. Bu barədə aşağıdakı materiallara müraciət edə bilərsiz:

16-18 ci səhifələr bax!

Vitr Namazının 6 növ qılınma forması