Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Destəmaz

SUAL:
Salam əleykum qardaş. Qardaş əgər namazda idrar yolundan sidik damcısı gəldiyini hiss etsən ama əmin olmasan namazı tərk etməlisən? Və əgər sonra paltara baxanda ləkə görməsən dəstamaz alınmalıdırmı? Bəs əgər ləkə görsən o yer necə təmizlənməlidir?
CAVAB:

Vaaleykum salam və rahmətullah

Ümumiyyətlə əgər bu barədə sizdə vəsvəsələr varsa, gərək bu kimi şeylərə fikir vermiyəsiniz və namaza davam edəsiniz.

Hər bir halda, namaz əsnasında belə bir hiss keçirsəniz, lakin bunun doğruluğundan əmin olmasanız, namaza davam edin və araşdırmağa da ehtiyac yoxdur. Çox vaxt belə şeylər vəsvəsə səbəbilə olur və ya gələcəkdə vəsvəsəyə səbəbiyyət yarada bilər. Bu məsələnin birinci tərəfi.

Məsələnin ikinci tərəfi; əgər paltarda nə vaxtsa, ləkə görsəniz və bu ləkənin idrar ləkəsi olduğundan əmin olsanız, o zaman həmin ləkə təmizlənməlidir.

Doğrusunu Allah bilir.