Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Gündüz vaxtı səfərdən geri qayıdan oruclu

SUAL:
Mən müsafir idim və bu müddətdə oruc tutmurdum. Səfərimin sonuncu günü evimə gəldikdə artıq əsr namazının vaxtı idi. Belə halda mən yemək içməkdən imtina etməliyəm, yoxsa yeyib içə bilərəm?
CAVAB:

Bəli, iftar etmək səbəbi bitdikdə, artıq yemək içməkdən imtina etmək lazımdır. Əgər səfər gündüz vaxtı qurtarıbsa, günün qalan hissəsində iftara qədər yemək içməkdən imtina etmək lazımdır. Çünki Allah təalə səfərdə olan müddətdə yeməyə icazə vermişdir. Amma artıq səfər bitmişdir. Həmçinin xəstə adam da belədir. Əgər onun xəstəliyi gündüz bitərsə onda günün qalan hissəsini yemək içməkdən imtina etməlidir. Təbii ki, sonra həmin bu günün qəzasını etmək lazımdır.