Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Oruclu halda yenidən nifas qanı gələrsə

SUAL:
Nifaslı (doğuşdan sonra qanaxma olan) qadın bir həftədən sonra təmizlənib müsəlmanlarla birgə Ramazan ayında oruc tutur və bir neçə gündən sonra yenidən qanaxma başlayır. Belə halda o orucunu pozmalıdırmı? Oruc tutduğu və tutmadığı günlərin qəzasını etməlidirmi?
CAVAB:

Yazdığımız cavabı diqqətlə oxumanızı xahiş edirik

1. Nifaslı (doğuşdan sonra qanaxma olan) qadının təmizləndikdən sonra bir neçə gün oruc tutması və qirx gün ərzində qanaxmanın yenidən qayıtması halında, təmizləndiyi günlərdə tutduğu orucu doğrudur.

2. Qanaxma başladıqdan sonra təmizlənənə və ya qırx günün tamamına qədər orucu və namazı saxlamalıdır. Çünki bu günlər nifas günləri sayılır. Nifas qırx gün davam etdikdən sonra onun müddəti qurtarır.

3. Qırx gündən sonra qadın qüsl alıb təmizlənməli və namazlarını qılmalıdır. Əgər bu müddətdən sonra (yəni qırx gündən sonra) qanaxma dayanmazsa onda hər namaz üçün təmizlənməli və dəstəmaz almalıdır. Bu müddətdə qadının əri də ona yaxınlıq edə bilər. Çünki qırx gündən artıq axan qan nə oruca, nə namaza nə də cinsi əlaqəyə mane olmur.

4. Əgər qırx gündən artıq axan qan əvvəlki heyz vaxtı ilə eyni vaxta təsadüf etsə onda bu qan heyz qanı sayılır və belə halda namaz qılınmır və oruc tutulmur.

Ümüd edirik ki, cavab tam aydın olacaq.