Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Heyzli və nifaslı qadınların oruc tutması

SUAL:
Əgər qadın sübh namazından dərhal sonra təmizlənibsə oruc tutmalıdırmı? Əgər oruc tutarsa bu gün onun üçün sayılacaq, yoxsa qəzasını etməlidir?
CAVAB:

Əgər qan sübhün vaxtı daxil olarkən və ya ondan bir az öncə kəsilibsə tutduğu oruc doğrudur və fərz orucu əvəz edir. Çimməyini gecikdirsə də orucu doğrudur. Amma qan sübhün vaxtı daxil olandan sonra kəsilərsə onda həmin gün yemək və içməkdən imtina etməli və bununla yanaşı həmin günün qəzasını da Ramazandan sonra tutmalıdır.