Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Vəhabilər kimlərdir? Kimlərə vəhabi deyilir?

SUAL:
Salam Aleykum Qardaş, belə bir sualım olacaqdı vəhabilər və ya müasir sələfilər ilə əhli sünnənin fərqi nədir? Hansı fətva ve əqidə mövzusunda fərqlənirlər? Doğru yol hansıdı?
CAVAB:

Vaaleykum salam

İlk öncə onu qeyd edim ki, bir mövzunu düzgün anlaya bilmək üçün gərək həmin məsələni düzgün təsəvvür etməyi bacarasan. Yəni öyrənmək istədiyin mövzu gərək ilk öncə düzgün təsəvvür üzərində qurula. Sualınızdan da bəlli olur ki, bu mövzuda düzgün və dolğun bir təsəvvürə sahib deyilsiz.

Çünki birincisi, "Vəhabi" adlı bir məzhəb yoxdur və heç vaxtda tarixdə bu adda bir məzhəb olmayıb.

İkincisi, "müasir sələfilər" ibarəsi son dərəcə yalnış bir ibarədir. Sələfinin müasir və qeyri-müasiri olmur. Sələfi elə sələfidir. Yəni 10 əsr bundan öncəki sələfi ilə 21-ci əsrdə yaşayan sələfi arasında heç bir fərq yoxdur.

Üçüncüsü isə, sələfilər ilə əhli-sünnə arasında heç bir fərq yoxdur. Təsəvvürünüz yalnız olduğunu görə sualların qoyuluş tərzidə də kökündən yalnışdır. Çünki sələfi elə əhli sünnənin özüdür və əhli sünnə, yəni sələfilik şiəlik, xəvariclik, sufilik və s.firqələr kimi bir firqə deyil, əksinə elə İslamın özüdür. İstər buna İslam denən, istər sünnilik və ya sələfilik, fərq etməz hamısı müxtəlif adların eyni mənaya dələt etdiyi məfhumlardır.

Əlavə məlumat üçün bu dərsi dinləyin!

Sələfilik anlayışı