Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Necə əhli sünnət ola bilərəm?

SUAL:
Salam. Necə əhli sünnət ola bilərəm?
CAVAB:

 Vaaleykum salam
İlk öncə Əhli-sünnət məfhumunun nə mənaya gəldiyini bilmək lazımdır. Əhli-sünnət dedikdə Peyğəmbərə onun əshabına və əhli-beytinə tabe olan, onların izi ilə addımlayan camaat nəzərdə tutulur. Əhli-sünnət tövhidə (təkallahlığa) və sünnəyə (Peyğəmbərə) tabeçiliyə çağıran, şirk və bidətlərdən (xurafatlardan) çəkindirən kəslərdir.
Bir sözlə Əhli-sünnət elə İslamın özüdür.
Əhli-sünnət olmaq üçün elə İslam dinini doğru əllərdən və düzgün şəkildə öyrənmək və yaşamaq lazımdır. Əlavə bilgi üçün saytımızın Əhli-Sünnət bölümündəki dini və elmi materiallardan istifadə etməyinizi tövsiyə edirik.