Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Vəhabilik barədə

SUAL:
Salam aleyküm. Vəhhabilik nədir? Vəhhabi kimlərə deyilir ?
CAVAB:

Vaaleykum salam va rahmatullah!

Əslində, "Vəhhabi" adlı bir məzhəb və təriqət mövcud deyildir. Sadəcə olaraq, bu, bəzi firqələrin Əhli-sünnətə verdiyi, yaxud vermək istədiyi adlardan birisidir və bu heç də qəribsənəcək bir hal deyildir. Çünki bu cür hallar və cəhdlər tarix boyu çox olmuşdur. Belə ki, tarix boyu bidət əhli tərəfindən Əhli-sünnətə cürbəcür adlar və ləqəblər verilmişdir. Günümüzdə də vəziyyət fərqli deyildir. Belə ki, xəvariclər Əhli-sünnətə "murciə", murciələr isə "xəvaric" deyillər. Səhabələr düşmən kəsilib, Peyğəmbərin namusuna dil uzadan şiələr Əhli-sünnətə "nasibi", cəhmilərin tör-töküntüləri olan maturidi və əşarilər isə "mücəssimə" deyillər. Bu qəbildən də "vəhhabi" ləqəbi... Bu ləqəb İslam alimlərindən biri olan şeyx Muhəmməd ibn Əbdülvəhhabın adı ilə bağlıdır. Onun tövhid dəvətini bəyənməyənlər və tövhid dəvətindən narahat olan bəzi bidətçilər Əhli-sünnətə bu ləqəbi yapışdırmaq istəmişlər.

Əlavə məlumat üçün bax!

Sələfilik haqda həqiqətlər

Vəhhabilik ittihamı