Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Nəcisli paltar təmiz paltara bulaşıbsa...

SUAL:
Salam aleykum, mən az (4-5 damcı) nəcisli paltarı səhvən namaz qıldığım paltarın üstünə atmışam, İndi namaz paltarım napakdır?
CAVAB:

Vaaleykum salam va rahmatullah!

İlk öncə onu qeyd edək ki, namaz üçün xüsusi bir paltara ehtiyac yoxdur. Adi gündəlik geyimlə də namaz qılınır. Suala gəldikdə isə, namaz paltarına nəcis keçməyibsə, paltar təmiz sayılır. Yox əgər keçib-keçmədiyini dəqiq bilmirsizsə, yenə də paltar təmiz sayılır. Yəni əgər yəqin olaraq, həmin nəcisin digər paltara keçdiyini bilmirsizsə, paltar təmizdir.