Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Məni, məzi və vədi arasında olan fərq

SUAL:
Salamun aleykum, mən yuxuda heç nə görmədim yuxu falan heç bir şəhvət hissi olmuyub məndə. Lakin yuxudan duranda sidiyə getdikdə ağ şəffaf mayə çıxdı. İndi bu məzidir yoxsa məni?
CAVAB:

Vaaleykum salam va rahmatullah!

Ümumiyyətlə, ilk öncə məni, məzi və vədi arasında olan fərqləri bilmək lazımdır.

Məni - spermadır.

Məzi - prostatşirəsidir.

Vədi isə - bəzi hallarda (soyuqdəymə, ağır yek qaldırma, bel ağrısı və s. səbəblərdən dolayı) sidikdən sonra gələn ağ rəngli qatı mayedir.

Sualınızdan isə belə aydın olur ki, xaric olan həmin şey böyük ehtimalla vədi olub. Vədinin hökmü də eyni ilə məzi kimidir. Qüsla ehtiyac yoxdur.