Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Şiəlikdən tövbə etmək istəyirəm

SUAL:
Əs-Səlamu əleyküm və rəhmətullahi və bərəkətuh. Mən şiəyəm ancaq əhli sünnəyə keçmək istəyirəm. Mənə bir müsəlman qardaş kimi nə məsləhət görərdiniz? Sizin saytınızda bir iki məqalə oxudum və şok oldum . Şiəlikdən utanıram. Mənə kömək edin. Tövbə etməliyəmmi?
CAVAB:

Va aleykum salam va rahmatullahi va barakətuhu!

İlk növbədə (müəyyən texniki səbəblərdən dolayı) gec cavab verdiyimizə görə bizi üzürlü saymağınızı rica edirik.

Sonra isə Uca Allahdan sizi haqq üzərində sabit saxlamasını və bu saytın digər həmvətənlərimizin də hidayətinə səbəb olmasını diləyirik. 

Saytdan şiəlik barədə bəzi məqalələr oxuyaraq haqqı tapdığınızı qeyd etmisiz. Həqiqətən də, günümüzdə siravi şiələrin elə ən əsas promlemi onların öz məzhəblərini bilməmələri və öz kitablarından bixəbər olmalarıdır. Onlar elə zənn edirlər ki, mənsub olduqları məzhəb həqiqi Əhli-beytin məzhəbi və yoludur. Halbuki şiəliyin Peyğəmbər (sallallahu aleyhi və səlləm) əhli beyti ilə yaxından və uzaqdan heç bir əlaqəsi yoxdur.

"Allah rəsulunun namusuna (yoldaşlarına) dil uzadanların",

"Gecə-gündüz Peyğəmbərin səhabələrini söyənlərin",

"Quranın təhrif olunduğuna (dəyişdirildiyinə) etiqad edənlərin",

"Tək Allaha ibadəti rədd edib, Allahdan qeyrilərinə Allaha ibadət edirmiş kimi ibadət edənlərin",

"Əlini və onun nəslini nəsranilərin İsa peyğəmbəri ilahlaşdırdıqları kimi ilahiləşdirənlərin" Əhli-beyt yolu ilə nə əlaqəsi ola bilər axı?!

Biz tam əminliklə deyə bilərik ki (həm də bunu təcrübədən bilirik) qəlbində Allah qorxusu daşıyan hər hansısa səmimi bir şiə öz məzhəbinin həqiqətlərini olduğu kimi bilsə, mütləq bu yoldan qayıdar və haqqa yönələr. 

Tövbəyə gəldikdə isə Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurur: "(Həqiqi) tövbə peşmançılıqdı". Yəni bir insanın keçmiş əməllərindən, halından peşman olaraq Rəbbinə yönəlməsi elə həqiqi tövbənin əsasıdır. Sizin üçün Allahdan bağılanma və sabitqədəmlik diləyirik!

Həmçinin ilkin olaraq, Peyğəmbərin sünnətinə uyğun namazın necə qılınması və Əhli sünnətin əsasları ilə əlaqəli saytımızdan - Əhli-sünnət bölməsindən faydalana bilərsiz.

Dəstəmaz almağın qaydası

Namazın qılınma qaydası

Əhli-Sünnət bölməsi