Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Həzrəti Aişə və Cəməl savaşı

SUAL:
Salam. Sualım-Şiələr Əzhab surəsin 33cü ayəsinin başında Allahın peyğəmbər xanımlarının evdə oturmasını əmr etdiyi halda Aişə xanımın cəməl döyüşündə meydanda olmasını və bu hərəkətin Allahın əmirlərdən çıxmaq kimi qiymətləndirir və bizə irad tuturlar.bu sualın aydınlıqın versəniz gözəl olardı.
CAVAB:

Vaaleykum salam va rahmatullah

Qeyd etdiyiniz "Evlərinizdə qərar tutun!" ayəsi "qətiyyən evdən çölə çıxmayın!" mənasında deyil. Əgər belə olsaydı, o zaman Peyğəmbər xanımları necə həcc və ümrə edirdilər, yaxud öz yaxınlarını necə ziyarət edirdilər? Yəni, Allah onlara qətiyyən evdən çölə çıxmamağımı əmr etmişdi? -Təbii ki, yox! Bəs ayənin mənası nədir? -Cavab elə ayənin davamında mövcuddur: "Evlərinizdə qərar tutun və ilkin cahiliyyə dönəmindəki kimi açılıb-saçılmayın!" Məgər Aişə anamız cahiliyyə qadınları kimi geyinirdiki bu ayəni ona qarşı dəlil kimi irəli sürürlər? 

Bundan əlavə: Məgər bu "Evlərinizdə qərar tutun və ilkin cahiliyyə dönəmindəki kimi açılıb-saçılmayın!" ayəsi təkcə Aişə anamıza, yaxud Peyğəmbər xanımlarına aiddir? -Əlbətdə ki, xeyr! Bu ayə hər bir müsəlman qadına aiddir. Ayənin xitabı Peyğəmbər xanımlarına yönəlsə də, hökmü hər bir müsəlman qadınına şamil edilir. Bu təfsir elmində bilinən bir qaydadır. 

Həmçinin, çox qəribədir ki, bu ayəni Aişə anamıza dəlil kimi irəli sürənlər nədənsə, özlərinin "Fatimə atasının vəfatından sonra kişi məclislərini dolaşaraq əri Əli üçün beyət toplayırdı" kimi yalan dolu iddialarını unudurlar!!! Məgər evdə qərar tutmaq hökmü təkcə Aişə anamıza aiddir?!

Amma Cəməl müharibəsinə gəldikdə isə, bu barədə bura daxil olaraq bu məqaləni oxuya bilərsiniz!

Cəməl döyüşü