Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
Necə qüsl edim?
Vaaleykum salam va rahmatullah!
İstər qüsl olsun, istərsə də digər şəri vacibatlar, bunlar ərkənlik yaşına girdikdən sonra hər bir mükəlləfin (məsul şəxsin) üzərinə vacib olur. Əkrənlik yaşı isə, adətən oğlan uşaqları üçün 12 yaş ilə 15 yaş arası hesablanır. Sizin də 15 yaşınız var. Çox güman ki, artıq ərkənlik yaşına girmisiniz. Elə isə digər şəri vacibatlar kimi qüsl da sizə vacib sayılır. Alınacaq qüsl isə cənabət qüsludur. Qüsl da əsas vacib olan şey nəyə görə qüsl aldığınızın fərqində olmağınız (dil ilə niyyət etməyə ehtiyac yoxdur), bir də (ağız və burun da daxil) bütün bədəni yumağınızdır.