Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
Sufilik və Əhli-sünnət
Vaaleykum salam va rahmatullah!
Sufilər özlərini əhli sünnətə, yəni sünniliyə nisbət etsələr də, ola bilsin bəzi sufi təriqətləri şiəliyin müqabilində, ümumi mənada əhli sünnətdən sayılsa da, həqiqət də isə sufi təriqətlərinin Əhli-sünnətin yolu ilə, əqidəsi ilə heç bir əlaqəsi yoxdur. Həmçinin onu da qeyd etmək lazımdır ki, sufilik anlayışı çox geniş bir anlayışdır. Bektaşilik və s. kimi elə sufi təriqətləri vardır ki, şiəlikdən bir xeyli təsirlənmişdir. Elə sufi təriqətləri vardır ki, onlar bir-birləri qəbul etməz və hətta küfür və azğınlıqda ittiham edərlər. Buna rəğmən, hər bir təriqət özünün əhli-sünnətdən olduğunu iddia etmişdir. Bu təriqətlərə, Məvləviliyi, Nəqşibəndiliyi, Qadiriyyəni, Şaziliyyəni və digərlərini misal göstərmək olar. Bu cür təriqət sahibləri nə əqidə, nə də suluk (əxlaq) məsələlərində əhli sünnətə müvafiq deyillər. Bu təriqətlərin tutduqları yol isə bidət və zəlalət yolundan başqa bir şey də deyildir.
Əlavə məlumat üçün aşağıdakı mövzulara nəzər yetirin!