Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Hansı fiqhi məzhəb ilə getməliyəm?

SUAL:
Salam Aleykum va Rahmatullah, mən yeni əhli sünnə olmuşam hansı fiqh ilə getməliyəm?
CAVAB:

Vaaleykum salam va rahmatullah va barakatuhu!

İlk öncə dua edirik ki, Allah sizi haqq üzərində sabitqədəm etsin!

Suala gəldikdə isə, Azərbaycanda əhli-sünnə camaat xüsusi olaraq hər hansısa bir məzhəbin (hənəfi, şafii, maliki, hənbəli fiqhlərini nəzərdə tuturuq) fiqhi ilə getmir. Yəni, Allaha həmd olsun, bizdə kor təqlidçilik və bu mənada məzhəbçilik mövcud deyildir. Quran və sünnətə uyğun olaraq, dörd məzhəbin də fiqhindən faydalanırıq. Fiqhi məsələləri isə vətənimizdə olan elm əhlindən, ilahiyyatçı qardaşlarımızın tərcümə etdikləri kitablardan, dərs və mühazirələrdən öyrənirik. Habelə bu istiqamət də bizim saytımızda da müxtəlik fiqhi mövzulara dair məqalə, kitab və səsli, yaxud görüntülü dərslər mövcuddur.