Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

İmtahanda məqsəd nədir?

SUAL:
Allah insanları niyə cənnətdə və yaxud da cəhənnəmdə saxlamaq üçün imtahan edir? Tutalım oldu sonra?
CAVAB:

İlk növbədə onu qeyd edək ki, sualın qoyuluş tərzi səhvdir. Uca Allah insanları Cənnət və ya Cəhənnəm üçün deyil, məhz Özünə ibadət üçün yaradıb. "Mən cinləri və insanları yalnız Mənə ibadət etsinlər deyə yaratdım" (əz-Zəriyat, 56). Cənnət və Cəhənnəm isə bu imtahanın nəticəsinin ya mükafatı, ya da ki, cəzasıdır. O zaman sizin sualdan belə çıxır ki, imtahan olsun, amma nəticəsi olmasın!? Budurmu məntiq!? Yoxsa demək istədiyin budur ki, ümumiyyətlə yaradılış olsun, amma imtahan olmasın? O zaman yaradılışın qayəsi nə olacaq? 70 illik boş həyat..? Yoxsa nə? Yəni demək istədiyiniz budur ki, günahkar, qəddar, cani birini dünya həyatında insanlar öz aralarında cəzalandırsınlar, həpsə atsınlar və s. Amma insanı yaradan Allah onun həyatına, əməllərinə qarışmasın və yaxşı ilə pis arasında fərq qoymasın? Budurmu "məntiq"?