Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Nəcis dəymiş paltarda namaz

SUAL:
Salam. Biraz qəribə bir şey soruşacam. Məsələn, biri sidik dəymiş amma qurumuş bir yorğanı üzərinə örtübsə, paltarı ilə, bədəni ilə təmas edibsə, həmin paltarla dəstəmaz alıb namaz qılıbsa namazı batildir? İndidən təşəkkürlər
CAVAB:

Vaaleykum salam.

Sualınızda heç bir qəribəlik yoxdur. Adi bir fiqhi sualdır və ibadətlə əlaqəli bu cür məsələləri öyrənmək hər bir müsəlmanın borcudur.

Suala gəldikdə isə, bu halda qılınan namaz doğrudur, heç bir problemi yoxdur. Əgər nəcis quru yox, yaş olsaydı və bədənə, yaxud paltara keçsəydi, bəli, bu halda, keçərli sayılmazdı.