Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Cariyələr haqqında ateist şübhəsinə cavab

Şübhə belədir: Əxlaq normaları kişilərə sərf edəcək formada təqdim edilmişdir. Bu dində qadınlar nəzərə alınmayıb. Məsələ; müsəlmanlar kafirlərlə döyüşürsə, onlar döyüşdüyü əsgərləri öldürür və onların həyat yoldaşlarını və ya qızlarını və ya gəlinlərini özlərinə cariyə edirlər və onlarla istədikləri kimi rəftar edirlər. Din bunda heç bir sərhəd qoymayıb, sadəcə kişilərin əxlaq normalarını təyin edib.

Cavab:

Birincisi: Bir ateistin əxlaq normalarından danışıb müsəlmana ağıl verməyə "mənəvi" haqları çatmır:

Ona görə ki, bir ateistin əxlaqi dəyərləri qoruyan ən yüksək bir dini bu cür cəsarətlə tənqid etdiyini düşünməsi absurd fikirdir. Ən azından ona görə ki;

- Ümumiyyətlə, ateizmdə əxlaqi dəyərlər nisbidir. Praktiki bir misal istənilərsə, Azərbaycanda ateistlərin yaşayışına baxdıqda 10 ateisti və 10 dindarı yanbayan qoysaq, onların gündəlik əxlaqi dəyərlərini müqayisə etsək, məsələ aydın olacaqdır.

- Fərz etsək ki, ateistin dediyi doğrudur - onu başa salmaq üçün - onda biz dünya xalqlarının yalnız döyüş vaxtını sülh vaxtı ilə müqayisə etsək - dünya tarixinin heç bir faizinin tarixinin belə ömrünün döyüşlə keçmədiyini görəcəyik. Əgər bu məlum oldusa, ateist cariyə götürməyi öz aləmində əxlaqsızlıq kimi qəbul edirsə, ona deyirik ki:

- Birincisi; müsəlman bunu düşmənin əsir qadınlarına qarşı edir, özü də pis şəkildə yox, evlənib özünə arvad etmək şərtilə. Ateist isə öz xalqının qızları ilə hər ay, hər həftə zina edə bilir.

- İkincisi; İndiki müsəlmanlar heç cariyə üzü görmürlər, ateistlər isə nəinki düşmən qızları ilə deyil, döyüş vaxtı deyil, elə sülh vaxtı öz xalqının qızları ilə zina edirlər.

- Üçüncüsü; ateist oğlanlar bir yana qalsın, hələ ateist qızların çoxusunun da hansı həyat tərzi sürdükləri göz önündədir.

Belə olduğu halda ateistlər zina etməyi haram edən bir dinə və onun nümayəndələrinə əxlaq dərsi keçməyi özlərinə saxlasınlar. Qoy onlar namus və "qeyrətin boş şey olduğunu" deyən, "öz qızını yadlardan qorumayan, qısqanmayan" , "porno film çəkmək istəyən", "öz doğma qardaşı ilə yetkin yaşa çatmaq şərtilə cinsi yaxınlığa normal baxan ateist qız" və başqa ateistlərin dərdini çəksinlər. Biz bu misalları elə-belə demirik, siyahını uzada və adlar çəkə bilərik, bu qədər dəqiqliklə danışa bilərik. Əlqərəz, öz evi şüşədən olan başqasının evinə gərək daş atmasın. Ateistlərin əxlaqdan danışıb kiməsə ağıl vermək haqları yoxdur. Birinci onlar özlərini düzəltməlidirlər.

İkincisi: Cariyələrə gəldikdə isə:

A) "Cariyələr" döyüş vaxtı düşmən tərəfindən müsəlman tərəfə əsir düşmüş, müsəlmanların sonradan evləndiyi düşmən qadınları idi. - Qeyd: müsəlmanlar o qadınlarla onları köləlikdən azad edib evlənə bilir və beləliklə onları qanuni həyat yoldaşı hökmünə daxil edə bilirdilər. Bu cür əsir düşmüş qadınların qətl edilməsi qətiyyətlə qadağan idi. Bunun əksinə olaraq, digər xalqların nümayəndələri istər müsəlman, istər də qeyri-müsəlman qadınlara qarşı zorakılıq, qətl, işkəncə və digər şeylər edirdilər. Müsəlmanlar cariyə qadınlarla evlənib birgə yaşayır, onları yedizdirib geyindirir və məişətlə təmin edirdilər. O qadınlara qarşı hər növ işgəncə haram hesab edilir, onlarla evlənən müsəlmanlar öz həyat yoldaşları kimi onların öhdəliyini daşıyırdılar. Məgər bunu pis əməl kimi qələmə vermək doğrudurmu? Müsəlmanlarla evlənən cariyələr azad qadınlar kimi hesab olunurdular. Məgər bunun nəyi pisdir ki? Onu da xüsusilə vurğulayaq ki, istənilən xalqlar arasında müharibə zamanı düşmən tərəfin qadın və qızları əsir düşdükdə zorlanma halları olmuşdur. Bu isə zorlanma halı deyil. Evlilik prosesi kimi prosses olur və bu zaman qadın alçaldılmır, əksinə, onlara qarşı qeyri-insani rəftar qətiyyətlə qadağan edilir. İslamın adil din olması hətta bu məsələdə də görünür. İŞİD terror təşkilatını bizə misal çəkmək istəyənlər Amerikanın dəstəyilə güc qazanan qruplaşmanın törətdiklərini nümunə götürə bilməz. Lakin, İslamdan başqa cəmiyyətlərə baxsaq, elə yaxın tarixdə Sovet hökuməti almanlar üzərində qələbə çaldığı zaman rəvayətlərə görə Berlin şəhərində Sovet qoşunu tərəfindən təcavüz edilməyən və alçaldılmayan qadın tapmaq çətin idi. Bütün müharibələrdə bu hallar olduğu təqdirdə bunu dinlə əlaqələndirmək və bunu İslama bağlamaq doğru deyil. Sadəcə İslam dini döyüş vaxtı düşmən tərərfindən əsir düşmüş qadınlarla rəftar qaydalarını tənzimlədiyi kimi, onlarla evlənməyə də icazə vermişdir. Təcavüz halları isə digər xalqların döyüşlərdə qalib tərəf olduqları halda bu məsələdə tənzimləyici qanunlarının olmaması səbəbindən ortaya çıxa bilir. İslam dini isə düşmən qadınları ilə adil davranaraq, onları alçaltmadan onlarla evlənməyə icazə vermişdir. Bu zaman yaranan əlaqələr isə ər-arvad əlaqələrindən demək olar ki, fərqlənmir.

B) İslamda əxlaq normaları yalnız kişilərə sərf edəcək formada deyil; Bu yalandır və təfsilata ehtiyacı olan sözdür. Hər kəs qadınla kişinin fizioloji fərqlərini bilir. Mövzumuz cariyələrə rəftarla bağlı olduğu üçün qısa olaraq ümumi qadınlara münasibət barədə, qadınların haqları barədə xatırlatma etsək, İslamın qadınlara necə böyük dəyər verdiyi, qadınlara necə böyük hüquqlar verdiyi, bəzi hallarda qadınların kişilərdən üstün hüquqlar əldə etməsi İslami hökmlərin təfsilatlarını bilməyənə ateistlərə aydın olar. Amma, mövzu cariyələrdən olduğundan yenə yanlış izaha düzgün izah verək; Məlumdur ki, döyüşlərdə kişilər döyüşürlər və qadınlar döyüşmürlər. Onlar döyüşdə canlarını fəda edirlər. Cariyə hər döyüşdə olmur. Əgər olarsa da, əvvəla onlarla pis rəftar etmək qadağandır. Sonra isə qeyd olunduğu kimi münasibətlər tamamilə ərlə arvadın münasibəti kimi könüllü olmalıdır. Düşmən qadını olsa belə onunla insani davranılır. Bir kişinin öz həyat yoldaşına davrandığı kimi gözəl davranmaq tələb olunur. Məsələn; Allah Elçisinin ﷺ yəhudilərin müsəlmanlara xəyanət etdikdən sonra onlarla döyüşməsi və döyüşdən müsəlmanlara əsir düşən cariyə qadınla onun könül xoşluğu ilə evlənməsi, o qadının razılığı olmadan uzun müddət onu gözləməsi və ona toxunmaması, o qızın İslamı könüllü olaraq qəbul etdikdən sonra onunla evlənməsi də buna bariz nümunədir. Hətta, peyğəmbər ﷺ onun İslamı qəbul etmədiyi, yəhudilik dinini seçdiyi təqdirdə öz qövmünə geri göndərəcəyini də vəd etmişdi. Təsəvvür edin ki, peyğəmbər ﷺ həmin qadına necə böyük seçim azadlığı vermişdi. Həmin qadına istəsə İslamı seçib əbədi səadəti qazanmağı, istəsə də öz dinində qalıb ata evinə dönməsini təklif etmişdi. Həmin qadın isə İslamı seçmişdi. Həmin qadının adı Safiyyə binti Huyey idi. Xatırladaq ki, həmin qadın yəhudi dininə mənsub olan namuslu, şərəfli və ağıllı bir qadın idi. Peyğəmbər ﷺ ona zorla sahib çıxa biləcəyi halda bunu etməmiş və müsəlmanlara da düşmən qadınlarına qarşı zorakılığı təbliğ etməmiş, əsil peyğəmbəranə davranış nümunəsi sərgiləmişdi.

Üçüncüsü: Siz Quranın əsas məsələsi olan Allahın mövcudluğu və Allaha ibadət məsələsinin vacibliyini görməməzlikdən gəlirsiniz. İnsanlar Allaha ibadəti onların Yaradıcısı, Ruzi Verəni və s. olduğuna şükür olaraq edirlər. Hər bir insan ona sonsuz nemətləri verən Allaha ibadət etməyə zəruri olaraq borcludur. Allahın bu ibadətə deyil, insanın bu ibadətə ehtiyacı var. Düşmən tərəfə İslamı qəbul edərək doğru yolu seçmək ərz olunduqdan sonra onların bu ibadəti etmədikləri və müsəlmanlara qarşı hərb etmələri halında artıq Allah onların hərbi sürsatlarını (hərb nemətlərini), mal nemətlərini və şəhvət nemətlərini (qadınlarını) və s. haqlarını onların əllərindən alır və bu nemətləri müsəlmanlara verir. İnsanlara verilən əsas nemətlər yemək, içmək, mal, pul, qadın və bir çox nemətlər var ki, Allah insanlara bu nemətləri verib ki, Allahı tanısınlar, ona şükr etsinlər, ibadət etsinlər, yəni, bu nemətləri buna qarşılıq verib. Qurani-Kərimdəki ayətlər də buna işarə edir. Allaha asilik edən qövmlər bu nemətlərə layiq olmurlar. Digər Qur'an ayələri isə bəyan edir ki, Allah Öz ruzisini və nemətlərini bu dünyada möminə də, kafirə də verir. Axirət günü isə nemətlərini yalnız möminlərə verəcəkdir. Bizim mövzumuzdakı kafirlərin nemətlərdən məhrum olunması döyüş meydanında məğlub olmaları zamanı müsadirə olunan mal-mülkləri və əsirləri barəsindədir.

Sən əgər bizə "Allaha ibadət etmək lazım deyil" deməyini isbat edə bilsən, o zaman bizə cariyə, qənimət və digər mövzulardan danışa bilərsən. Kafirlər və onların qadınları Allahı inkar etdiklərinə görə, Ona ibadət etmədiklərinə görə və vuruşmağı seçdiklərinə görə İslam döyüşdən qabaq onlara seçimlər verir ki, ya cizyə verin canınızı qurtarın (Yəni: Cizyə verin, bundan sonra dininizi yaşaya bilərsiniz və biz də sizə toxunmayacağıq) və ya İslama gəlin. Yox bu şərtlərdən sonra onlar İslama qarşı döyüşü seçərlərsə, artıq onlardan mal, şəhvət hüquqları və s. artıq düşmüş olur, çünki, buna layiq olmurlar deyə Allah bu hüququ müsəlmanlara verir. Bu isə o cariyələrin bir növ İslama girmələrinə də vəsilə ola bilir.

Dördüncüsü: İslamda döyüşdən məqsəd cariyə əldə etmək deyildir. Ateistlərin gülünc təsəvvürlərindən biri də İslami döyüşləri qadın ovuna çıxmaq kimi eybəcər şəkildə qələmə vermələridir. Müsəlmanların döyüşmələri ya müdafiə məqsədilə olur ki, bu zaman döyüş öz torpaqlarını düşməndən müdafiə etmək məqsədilə həyata keçirilir. Belə durumda düşmənin kişiləri ilə döyüş baş tutur. Cariyədən ümumiyyətlə söhbət gedə bilməz. Yalnız müsəlmanların hansısa qeyri-müsəlmanlara qarşı hərbi əməliyyatları olarsa, o zaman cariyə mövzusundan danışmaq olar. Lakin, mühüm məsələ odur ki, qeyd olunduğu kimi müsəlmanların bütün döyüşdə qalib gələn və düşmən qadınlarını əsir götürən tərəflərdən fərqi odur ki, İslam dini düşmənin əsirləri ilə rəftar qaydalarını əsrlər öncə tənzimləmiş, nəinki cariyələrə, hətta, digər fərdlərlə də insani davranmağı əmr etmişdir.

Beşincisi; Cariyə məsələsi İslamdan əvvəlki ümmətlərdə də olmuşdur; Bu günkü gündə ad fərqliliyi olsa da düşmən tərəfindən əsir götürülmüş əsir qadınlar qeyri-islami ölkələrdə də hələ də mövcuddur və hər dəfə müasir dünyada döyüşlər baş verdikcə əsir qadınlar olur. Həmin qadınlar əsir olsalar da müxtəlif fiziki və mənəvi işgəncələrə məruz qalırlar. Nədənsə bütün dünya müharibələrində qadınların başına gətirilən vəhşilikləri bir yana qoyub, İslamda vəhşiliyin qadağan edilməsinə baxmayaraq, cariyələri müzakirə edənləri, dünyada hər il döyüşlərdə əsir düşən qadınların taleyini müzakirə edən görmürük. Sanki, bu insanlar olduqca yüksək insani hislərin daşıyıcılarıdırlar. Bu ateistlər yuxarıda qeyd etdiyimiz kimi Sovet dinsiz qoşunları tərəfindən Berlin şəhərinin az qala bütün qadınlarının cinsi təcavüzə məruz qalmasından, nə qədər qadın və uşaqların ateist təfəkkürü ilə qətl edilməsindən də danışmırlar. Belə misallar dünya tarixində çox baş vermişdir. O qadınlardan danışdıqda qalib tərəf olmaq və məğlub tərəf olmaq amilini də nəzərə almaq lazımdır. İslam isə əsir qadınlara qarşı bu cür qətl, işkəncə hallarını qadağan edir. Onlara əsir qadınları ya öz mülklərinə çevirməklə hər cür ehtiyaclarını ödəməyi, ya azad edərək sərbəst buraxmağı, ya da azad etdikdən sonra şərəfli qadınlarla evləndikləri kimi həmin qadınlarla evlənmək və öz rəsmi xanımı etmək ixtiyarını verir. Əsir qadınlara qarşı bu seçimləri verən bir din ilə qadınların şərəfini alçaldan dünya döyüşlərini müqayisə etmək yaxud bərabərləşdirmək, heç bir insani qanunları gözləmədən qadınlara qarşı vəhşiliklər sərgiləyən müasir dünyada qətiyyən ədalətli mövqe ola bilməz.

Yazdı: Sahib Əsədov