Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
Sünnü ərəbləşib, şiə farslaşıb?
Milli islamafoblarımızın ortaya atdığı maraqlı bir şübhə var. Deyirlər ki: "Sünnü ərəbləri xatırladır, şiə farsları". Yaxud da deyirlər: "Sünnülər ərəbləşib, şiələr farslaşıb".
Bu şübhəyə münasibətimiz belədir:
1. Şiələrin farslaşması ilə bağlı deyilənlərlə böyük ölçüdə razıyıq. Amma "sünnülərin ərəbləşməsi" fikri ilə razı deyilik. Hətta hər şiənin farslaşmasını demək də doğru deyil. Elə milli təfəkkürdə olan nə qədər şiə var ki, onlar farslaşmaqdan uzaq olmaq üçün əhli sünnəyə keçid ediblər, anlayıblar ki, bu yolda farsın İslama düşmənçiliyi var. Onlar indi də necə lazımdır milli adamlara çevriliblər. Bu iddianı şiənin farslaşması kimi qoymaq daha məntiqə uyğundur. Çünki farsın ərəb düşmənliyi bu mövzuda özünü biruzə verir. Həm də İslam dini farsca deyil, ərəbcə gəlib deyə tərəzini eyni qoymaq, eyni müqayisə də kökündən yalnışdır. Əgər din ərəbcə gəlibsə onun mühüm terminləri də ərəbcə olacaq, dualar, zikirlər və s. ərəbcə olacaq.
2. Sünnülərin "ərəbləşməsini" demək də absurddur. Hardasa azsaylı ərəb geyimi geyinən adamlara bu iddianı yapışdırmaq bəlkə olar. Amma sizi inandırım ki, bu hal kütləvi bir hal deyil ki, bunu insanlar arasında yayasan. Qaldı ki, kiminsə arada bir ərəbcə danışmasını və ya arada ərəbcə dua-zikir deməsini misal gətirib ağzını əyərək, istehza ilə ərəbcə sözlər deyib, "bax belə-belə ərəbcə danışırlar" demək, deyənin kimliyindən aslı olmayaraq (namaz qılan belə olsa) ya islamafob sözüdür, ya da islamafoblardan təsirlənib qəbullandığı bir sözü danışmışdır.
3. Nə üçün belə danışan adamlar arada rusca danışana "ruslaşmısan" demirlər? Yaxud arada və hətta tez-tez ingiliscə danışana "ingilisləşmisən" demirlər. Nə üçün beyni və əxlaqı Qərbləşənə "qərbləşmisən", "əxlaqın əldən gedib" demirlər? Aralarında bir dənə belə çıxış edəni görmək iynə ucunun göründüyü qədər çətin görülər. Məqsəd aydındır. Belə saxta propoqandalara aldanmayın. Bu mövzuda həddini aşanların əlində olsa Atatürk kimi ərəb dilini ləğv edib əzanı da Azərbaycan dilində verərlər. Türkçülük mövzusunda Türkiyədə gedən keçmiş prossesləri sanki bəzi islamafoblar təkrarlamaq xətti üzrə gedirlər. Tarix təkrarlanır desək, yanılmarıq.
Yazdı: Sahib Əsədov
SON ƏLAVƏLƏR