Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
Ümrənin fəzilətləri
1. Günahların bağışlanması
Peyğəmbər ﷺ buyurmuşdur:
“Bir ümrə digər ümrəyə qədər olan günahlara kəffarədir.”
(Buxari rəvayət etmişdir)
Həmçinin Peyğəmbər ﷺ buyurmuşdur:
“Bu Beytə (Kəbəyə) gəlib, pis söz danışmayan və günah etməyən kəs, anasının onu doğduğu günkü kimi (günahsız) qayıdar.”
(Muslim rəvayət etmişdir)
İbn Həcər və əl-Əyni qeyd etmişlər ki, bu hökmə həcc və ümrə üçün gələnlərin hamısı daxildir.
2. Allahın Öz qonaqlarını izzətləndirməsi
Peyğəmbər ﷺ buyurmuşdur:
“Allah yolunda döyüşən, həcc edən və ümrə edən – Allahın elçiləridir (qonaqlarıdır). O, onları çağırdı, onlar da cavab verdilər; Ondan istədilər, O da onlara verdi.”
(əl-Albani hədisi həsən saymışdır)
3. Ümrə yoxsulluğu aradan qaldırır və onu qovur.
Peyğəmbər ﷺ buyurmuşdur:
“Həcc və ümrəni ard-arda edin. Çünki bu ikisi, körüyün dəmirin, qızılın və gümüşün çirkini təmizlədiyi kimi, yoxsulluğu və günahları yox edir.”
(əl-Albani hədisi səhih saymışdır)
Ramazan ayında ümrənin fəziləti.
Peyğəmbər ﷺ buyurmuşdur:
“Ramazan ayında edilən ümrə, mənimlə birlikdə edilən bir həccə bərabərdir.”
(Muslim rəvayət etmişdir)
İbn Battal demişdir:
“Ramazandakı ümrənin savabı, həccin savabına bərabərdir, lakin fərz olan həcci əvəz etmir.”
Ümrə ilə əlaqəli digər fəzilətlər.
Tavafın fəziləti.
Peyğəmbər ﷺ buyurmuşdur:
“Bu Evi yeddi dəfə tavaf edib sayını dəqiq qoruyan kəs, bir kölə azad etmiş kimidir.”
(Səhih Tirmizi)
Həmçinin buyurmuşdur:
“Bir addım atıb digərini qaldırdığı hər dəfə Allah onun bir günahını silər, ona bir savab yazar və dərəcəsini yüksəldər.”
(Səhih Tirmizi)
Ümrə xərclərinin fəziləti
Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər ﷺ onun ümrəsi haqqında buyurmuşdur:
“Sənin savabın çəkdiyin zəhmət və etdiyin xərclərdə də vardır.”
(Səhih əl-Cami)
Təlbiyənin fəziləti
Peyğəmbər ﷺ buyurmuşdur:
“Elə bir müsəlman yoxdur ki, təlbiyə desin, sağında və solunda olan daş, ağac və torpaq da onunla birlikdə təlbiyə deməsin; yer üzü buradan buraya qədər buna şahidlik edər.”
(Səhih Tirmizi)
Qara daşın və Yəmən rüknünün toxunulmasının fəziləti
Peyğəmbər ﷺ buyurmuşdur:
“Onlara toxunmaq günahlara kəffarədir.”
(Səhih Tirmizi)
Məscidül-Həramın fəziləti
Peyğəmbər ﷺ buyurmuşdur:
“Mənim bu məscidimdə qılınan bir namaz, Məscidül-Həramdan başqa digər məscidlərdə qılınan min namazdan daha fəzilətlidir. Məscidül-Həramda qılınan bir namaz isə mənim məscidimdə qılınan namazdan yüz qat daha fəzilətlidir.”
(Səhih əl-Cami)
Ümrə halında vəfat edənin savabı
Peyğəmbər ﷺ buyurmuşdur:
“Ümrə etmək üçün çıxıb yolda vəfat edən kəsə, Qiyamət gününə qədər ümrə savabı yazılar.”
(əl-Albani hədisi səhih saymışdır)
Ümrəni çox etməyin caizliyi
İbn Əbdul-Bərr demişdir:
“Alimlərin əksəriyyəti ümrəni çox etməyin caiz olduğu qənaətindədir. Çünki bu, xeyirli və saleh bir əməldir. Bunu qadağan edən heç bir dəlil yoxdur. Əksinə, dəlil var:
{Xeyir işlər görün}.”
Şeyx İbn Baz demişdir:
“Əgər asandırsa və sıxlıq yaratmırsa, ümrəni çox etməkdə heç bir qəbahət yoxdur – istər yüz ümrə olsun.”
Bunun dəlili Peyğəmbərin ﷺ sözüdür:
“Bir ümrə digər ümrəyə qədər olan günahlara kəffarədir.”
Hazırladı: Sahib Xasayev
SON ƏLAVƏLƏR