Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
Muhəmməd peyğəmbər sonuncu rəsuldurmu?
Təbii ki, bunu deyən birisi müsəlman ola bilməz. Amma qaldı ki, mövzu ilə əlaqədar dəlil gətirməyə, dəlili biz yox, qarşı tərəf gətirməlidir. Qoy onlar dediklərini və iddia etdikləri şeyləri isbat etsinlər. Əks halda, isbatı olmayan iddiaları irəli sürməkdən heç kəs aciz deyildir. İslam peyğəmbərinin sonuncu rəsul olduğunun isbatı isə elə tarixi reallıqdır. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) son elçi olduğunu və özündən sonra bir daha peyğəmbərin gəlməyəcəyini demiş, dediyi söz də öz təsdiqini tapmışdır. Belə ki, bu sözün üstündən 14 əsr keçməsinə baxmayaraq hələ də heç bir rəsul gəlməmişdir. Bu tarixi və real bir faktdır. Təbii ki, özlərinin peyğəmbər olduqlarını iddia edən yalançı dəccalları çıxmaq şərti ilə. Hər dəfəsində bu cür yalançı biri peyda olduqda da, çox keçməmiş yalanı ortaya çıxmış və rəzil-rüsvay vəziyyətdə tarixin zibilliyinə gömülmüşdür.