Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Ölü üçün Quran oxumaq olarmı?

SUAL:
Salam Aleykum. Qardaş sizə bir sualım var xahiş edirəm cavablandırardınız. Ölüyə Quran oxumaq olarmı və ya oxuduğumuz Quranın savabını ölüyə hədiyyə etmək olarmı?
CAVAB:

Vaaleykum salam va rahmatullah

Bu məsələdə doğru olan budur ki, Quran qiraətinin savabından ölüyə heç nə çatmır. Çünki bu məsələ qeybi bir məsələdir və məsələ ilə əlaqədar mütləq səhih (etibarlı) dəlil olmalıdır. Bu barədə nəql olunmuş rəvayətlər isə zəif və münkər (etibarsız) rəvayətlərdir. Şafii alimlərindən imam Nəvəvi demişdir: "Əksər alimlərin rəyinə əsasən, Quran qiraətinin savabını ölüyə hədiyyə etmənin heç bir faydası yoxdur, çünki bu savab ölüyə çatmır" ("Müslimin şərhi" 1/205, 6/94). Bununla yanaşı onu da qeyd edək ki, ölən şəxsə vəfatından sonra bəzi əməllər fayda verir. Onlar aşağıdakılardır:

1. Müsəlmanın vəfat edən qardaşı üçün etdiyi dua. Peyğəmbər r demişdir: “Müsəlmanın müsəlman qardaşı üçün qiyabında etdiyi dua müstəcəbdir. Bu halda onun başı üstə təyin edilmiş bir mələk durar və o, müsəlman qardaşı üçün dua etdikcə mələk də: “Amin, sənin üçün də olsun!” – deyər (yəni qardaşın üçün etdiyin duanın eynisi sənin üçün də olsun!)”.[1]

2. Əbu Hureyrə t Peyğəmbərin r belə dediyini nəql edir: “Vəfatından sonra möminə elmindən və saleh əməllərindən fayda verəcək şeylər:

  • öyrətdiyi və paylaşdığı elm;
  • yaxud arxasında qoyduğu saleh övlad;
  • yaxud miras qoyduğu müshəf (Quran kitabı);
  • yaxud tikdirdiyi məscid;
  • yaxud yolçular üçün tikdirdiyi ev;
  • yaxud çəkdiyi su xətti;

yaxud sağlığında malından xərclədiyi sədəqələr. Bütün bunlar vəfatından sonra ona fayda verəcəkdir”.[2]

 


[1] Müslim, 2733.

[2] İbn Macə 1/106, şeyx Əlbani “Əhkəmul-cənaiz” (177) əsərində hədisin həsən olduğunu qeyd edir.