Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Koronavirus barədə

SUAL:
Əssələmu aleykum qardaş biz koronavirus xəstəliyindən necə qurtula bilərik? Allah bərəkət versin elminzə.
CAVAB:

vaaleykum salam va rahmatullah!

Hər şeydən öncə insan bilməlidir ki, onun başına gələn hər bir müsibət elə onun öz əməlinin nəticəsidir. Necə deyərlər, insana verilən cəza onun əməlinin cinsindən olur. Bu səbəbdən də belə hallarda bizə vacib olan şey öz əməllərimizi islah edib, tövbə və istiğfarı çoxaltmaqdır. Belə ki, Uca Allah buyurur:

Başınıza gələn hər bir müsibət öz əllərinizlə qazandığınız günahlar ucbatındandır. Hələ Allah çoxunu bağışlayır.(Əş-Şura: 30)

Siz onların başına ikiqat müsibət gətirmiş olduğunuz halda, başınıza bir müsibət gəldiyi zaman: "Bu, haradan gəldi?"– söylədiniz. De ki: "Bu, sizin özünüzdəndir!" Həqiqətən, Allah hər şeyə qadirdir”. (Ali İmran: 165)

Sənə gələn hər yaxşılıq Allahdan, başına gələn hər bir bəla isə sənin özündəndir”. (Ən-Nisə: 79)

“Beləliklə, qazandıqları günahlara görə zalımların bir qismini digərinə rəhbər təyin edərik”. (Əl-Ənam: 129)

Həmçinin sizə aşağıdakı faydalı məqaləni oxumağı və video çarxları izləməyi də tövsiyə edirik:

Yoluxucu xəstəliklərdən qorunmaq üçün 10 şəri tövsiyə

Koronavirus haqqında Peyğəmbər danışıbmı?

Qara zirə, ud hindi və bal, koronavirus müalicə