Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Ramazanda niyyət

SUAL:
Salam Aleykum. Ramazan ayını oruc tutmaq istəyən kəs nə zaman və necə niyyət etməlidir?
CAVAB:

Va aleykumusalam va rahmatullah!

Ramazan ayını oruc tutmaq üçün ay girməmişdən niyyət etmək kifayətdir. Niyyət qəlblə edilir, tələffüz etmək Peyğəmbərin ﷺ yoluna müxalifdir. Peyğəmbər ﷺ demişdir:

«Əməllər niyyətlərə görədir və hər kəsin niyyət etdiyi bir əməl vardır» (Buxari və Muslim)