Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Oruc

SUAL:
Salam Aleykum. Ramazan ayında oruc tutmaq vacibdirmi?
CAVAB:

Va aleykumussalam.

Bəli vacibdir. Uca Allah buyurur:

«Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi sizə də oruc tutmaq vacib edildi ki, bəlkə pis əməllərdən çəkinəsiniz.» (Bəqərə surəsi 183-cü ayə)