Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
Peyğəmbərin adları barədə
Vaaleykum salam va rahmatullah!
1. Peyğəmbərimizin r Quranda və səhih hədislərdə keçən adlarından bəziləri:
Muhəmməd – öyülən;
Əhməd – tərifə layiq;
Abdullah – Allahın qulu;
Aqib – son elçi;
Haşir – insanların hüzurunda hesaba çəkiləcəkləri şəxs;
Mahi – küfr və şirki yer üzündən silmək üçün göndərilmiş elçi;
Mütəvəkkil – daima Allaha təvəkkül edən;
Xatəmun-nəbiyyin – peyğəmbərlərin sonuncusu;
Nəbiyyul-mələhim – cəng peyğəmbəri.
Peyğəmbərimizin künyəsi isə Əbül-Qasim idi, yəni Qasimin atası.
2. Peyğəmbərimiz r Quranda “Muhəmməd” adı ilə dörd yerdə yad edilmişdir. Həmin yerlər Ali-İmran surəsi 144-cü, əl-Əhzab surəsi 40-cı, Muhəmməd surəsi 2-ci və əl-Fəth surəsi 29-cu ayələrdir. Peyğəmbərin r “Əhməd” adı isə Quranda bir yerdə – əs-Saff surəsi 6-cı ayədə İsa peyğəmbərin u dili ilə zikr edilmişdir.
Foruma keç
OXŞAR SUALLAR