Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Yeməkdən sonra edilən dua

SUAL:
Əssələmu aleykum "Bizim heç bir gücümüz, təsirimiz olmadan bizi yedizdirən,içizdirən,doyuzduran,bizi müsəlman edən Allah subhanahu və təalaya həmd olsun" hədisi səhihdirmi?
CAVAB:

Vaaleykum salam va rahmətullah!

Bəli, ümumilikdə hədis səhihdir. Lakin hədisin "və bizi müsəlman edən" əlavəsi, yaxud bu mənada varid olan hədislər sənəd yönündən zəifdir. Doğrusunu Allah bilir!