Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Peyğəmbərlərin sayı

SUAL:
Salam aleykum. Zəhmət olmasa deyərdiniz, 124 min Peyğəmbərin olması barədə hədis səhihdirmi? Yəni həqiqətənmi, Peyğəmbərlərin sayı 124 min olmuşdur? Sizə qabaqcadan öz təşəkkürümü bildirirəm. Allah Sizlərə kömək olsun.
CAVAB:

Vaaleykum salam va rahmatullah!

Bəli, bu barədə imam Əhmədin əl-Müsnəd əsərində (22288) səhabə Əbu Zərdən hədis rəvayət olunmuşdur. İmam Albani "Mişkət əl-Məsabih" (3/1599) əsərində hədisin səhih olduğunu qeyd etmişdir. 

Doğrusunu Allah bilir!