Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
Ömərin ölüm yatağında dediyi söz barədə
Vaaleykum salam va rahmatullah!
Uca Allah Ali İmran, 91 də belə buyurur: "Şübhəsiz ki, kafir olub kafir kimi ölənlərdən hər birinin dünya dolusu qızılı ola və (əzabdan qurtarmaq üçün) onu fidyə verə, yenə də qəbul olunmaz. Onları dəhşətli bir əzab gözləyir. Onlara (cəhənnəm odundan xilas olmaqdan) heç bir kömək edən olmaz!"
Səhih əl-Buxari, 3692-ci rəvayətdə isə qeyd olunur ki, Ömər ibn Xəttab ölüm yatağında belə demişdir: "Allaha and olsun ki, əgər mənim dünya dolu qızılım olsaydı, Allahın əzabını görməmək üçünb onun hamısını fidyə verərdim.
Bu şübhə imam Ömər barədə axmaq şiələrin ortaya atdıqları gülünc bir şübhədir. Onlar bununla imam Ömərin kafir olduğunu isbat etmək istəyirlər. Halbuki ayədə deyilmir ki, kimsə ölüm yatağında ikən bunu desə, deməli, o kafirdir. Əsla! Ayədə belə bir şey qətiyyən yoxdur! Ayədə qeyd olunan budur ki, kafirlərdən kimsə belə bir şey etsə, bu ondan qəbul olunmaz. Bu o demək deyil ki, müsəlman biri belə bir şey deyə və ya edə bilməz. Əksinə, elə həmin ayəni diqqətlə oxuduqda tam aydın olur ki, belə bir şeyi hər kəs edə bilər. Yəni qəlbi Allah xofu ilə dolu hər bir mömin ölüm anında dünya dolu qədər malı-mülkü olsa belə onu Rəbbi yolunda sədəqə verməyə hazırdır, eyni ilə Ömər kimi. Sadəcə olaraq, belə bir şeyi kafir etsə, yəni kafir biri ölüm anında Allahın əzabını dadmasın deyə dünya dolusu qızıl sədəqə versə, yəni bu cür saleh əməl işləsə belə, yenə də Allah bu əməlini ondan qəbul etməyəcəkdir. Çünki o kafir kimi yaşamış və kafir kimi ölmüşdür.