Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
Hz Ömər r.a Hz Fatiməyə zülm edibmi?
Vaaleykum salam va rahmatullah!
Qısa olaraq onu qeyd edək ki, imam Ömərin Fatimənin ölümünə səbəb olması və s. bu kimi iddialar hamısı əsassız və yalandır. Təkcə onu qeyd etmək kifayətdir ki, ağıl sahibi olan hər kəs bilir ki, hətta belə fərz etsək ki, Ömərin belə bir niyyəti olub,o belə bir şeyi ümmətin önündə heç vaxt edə bilməzdi. Yəni bir anlıq özünüz təsəvvür edin, Ömər Fatimənin ölümünə səbəb olur və Peyğəmbərin (sallallahu aleyhi və səlləm) əshabı -ümməti, yəni onminlərlə insan buna susur. Bu əslində Ömərə yox, İslam ümmətinə tənə etməkdir.
İkincisi, belə bir hadisə baş vermişdisə, bəs Əli harada idi və nəyə baxırdı?! Bu əslində Ömərə yox, elə Əliyə tənə etməkdir. Başqa vaxt deyirlər ki, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) özündən sonra ümməti Əliyə əmanət qoyub getdi. Peyğəmbərin qızına sahib çıxa bilməyən Əli, ümmətə necə sahib çıxacaqdı?! Şiə və Sünni tarix mənbələrindən də hər kəsə bəllidir ki, imam Ömər xəlifə olduqda onun ən yaxın dostlarından və məsləhətçilərindən biri elə Əli idi. Məgər Əli həyat yoldaşını qətl edən biri ilə bu cür isti münasibət qurardımı? Üstəlik imam Əli elə Fatimədən olan qızını - Ümmü Gülsümü imam Ömərə ərə vermişdi. Bəs bunu necə izah edəcəklər?
Əlavə məlumat üçün aşağıdakı fayıllardan istifadə etməyinizi məsləhət görürük:
Ömərin Fatimənin ölümünə səbəb olması doğrudurmu?