Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Fatiməni Ömərmi öldürüb?

SUAL:
Salam Əleykum. Şiələr Hz Ömərə böhtan ataraq onun Hz Fatiməni öldürdüyünü deyirlər, Bunun yalan olduğunu isbat edən bir hədis varmı?
CAVAB:

Vaaleykum salam va rahmatullah!

Birincisi, belə bir hadisənin baş vermədiyini deyən yox, baş verdiyini iddia edən tərəf dəlil gətirməlidir.

İkincisi, bəli, qəlbi və əqli açıq, təəssübdən uzaq hər bir ağıl sahibi azacıq düşünsə və tarixi gedişatlara nəzər yetirsə, belə bir iddianın açıq bir yalan olduğunu rahat bir şəkildə anlayar.

Diqqət et!

1. Doğrudan da, belə bir hadisə olsaydı, o zaman sual olunur, bəs Fatimənin yoldaşı Əli harada idi? Əgər Əli Peyğəmbərin əmanətinə (qızına) sahib çıxmaqda aciz qaldısa, o zaman o boyda ümmətə (xilafətə) necə sahib çıxacaqdı?!

Ömər Fatimənin qapısını sındıranda Əli harada idi? Böyük yalanın ifşası!

2. Əgər belə bir hadisə baş vermişsə, necə ola bilər ki, Əli Ömərin xilafəti dönəmində, demək olar ki, onun sağ əli oldu?! Ömər daima onunla məsləhətləşir və onun nəsihətlərinə önəm verirdi.

Əlinin imam Öməri və onun xilafətini tərifləməsi (şiə mənbəsində)

3. Belə bir şey baş vermiş olsaydı, Əli öz doğma qızını, həm də Fatimədən olan qızını (Ümmü Gülsümü) Ömərə verərdimi?

İmam Ömərin (radıyallahu anhu) İmam Əlinin (radıyallahu anhu) qızı ilə evliliyi

İmam Ömərin Əlinin qızı Ümmü Gülsümlə evliliyi (şiə mənbələrində)

4. Necə ola bilər ki, Ömər Peyğəmbər qızının ölümünə səbəb olsun və bunu görən səhabələr, bütün İslam cəmiyyəti sussun! Bu əslində, Öməri yox, başda Əli olmaqla bütün səhabələri ittiham etməkdir ki, bu cür yalana da yalnız və yalnız dini və ağlı olmayanlar baş vurar.

5. Necə ola bilər ki, Peyğəmbər qızının "qatili" olan bir şəxs - Allahın qədəri - Peyğəmbərin yanında dəfn edilsin?! Bu Uca Allahın hikmətinə uyğundurmu?

Ömər və Əbu Bəkrin Allah rəsulunun yanında dəfn edilməsi imam Zeynəlabidinin dili ilə