Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Nə üçün Ömər Peyğəmbərin (əleyhissəlam) vəsiyyət yazmasına mane oldu?

SUAL:
Salam aleykum qardaşlar, Peyğəmbərin ağrıları çoxaldığı zaman kağız-qələm istəməyini səhabə Ömər ibn Xəttab niyə yerinə yetirmədi? Əgər iddia edildiyi kimi, Peyğəmbər (sallallahu aleyhi və səlləm) "mən sizə, namaz və zəkata dəvamiyyətli olmağı, itaətinizdə olan kölələrə qarşı xoş davranmağınızı tövsiyə edirəm" deyəcəkdisə, o zaman Ömər niyə narahat idi? Quranı Kərimdə buyurulur ki Peyğəmbər öz nəfsindən heçnə danışmır (Nəcm surəsi 3) Əgər kağız-qələm istəyibsə, deməli, bu Allahın istəyidir. Bəlkə həqiqətən də Ömər Peyğəmbərin xəlifə seçimi ilə vəsiyyət edəcəyindən çəkinirdi? Belə çıxır ki, Peyğəmbər ayağa qalxsaydı, Ömər deyəcəkdi ki, sən bizə lazım deyilsən, daha əlimizdə Quran var və Allah dinimizi tamamlayıb.
CAVAB:

Vaaleykum salam!

Səhabələr Peyğəmbərin (əleyhissəlam) şiddətli ağrılar içində olduğunu görüb, ona qarşı olan şəfqətlərindən ötrü, ona yazı yazmağa qoymadılar. Bu yerdə biz rafizilərdən soruşuruq: Bu yazılmalı olan yazı Allahın ona çatdırmağı əmr etdiklərindən idi yoxsa yox?

Əgər, "bəli" desələr, onda elə çıxır ki, Rəsulullah (sallallahu aleyhi və səlləm) Allahın ona çatdırmasını əmr etdiyi bir vacibə əməl etmədən dünyadan köçüb. Bu da, Rəsulullaha qarşı olan böhtandır və "bu gün dininizi sizin üçün kamil etdim"- buyuran Allahı sözünü təkzib etməkdir. Sonra biz bu şiələrə yeni bir sual veririk: Bu hadisədə bəs Əli harada idi? O da orda idi, yoxsa, yox? Əgər orda idisə, nə üçün Əli özü bu yazını yazmadı?

Əgər iddia edildiyi kimi, Peyğəmbər (sallallahu aleyhi və səlləm) "mən sizə, namaz və zəkata dəvamiyyətli olmağı, itaətinizdə olan kölələrə qarşı xoş davranmağınızı tövsiyə edirəm" deyəcəkdisə, o zaman Ömər niyə narahat idi? - Sualına gəldikdə isə deyirik:

İmam Ömər hər hansı bir dünya mənfəətinə görə deyil, məhz Allah rəsuluna görə narahat idi. Qeyd etdiyiniz rəvayətə gəldikdə isə əsli belədir:

Bunun cavabında biz deyirik. Əhmədin "Müsnəd"ində Əlidən rəvayət olunur. O belə demişdir: Peyğəmbər (sallallahu aleyhi və səlləm) mənə bir vərəq gətirməyi əmr etdi ki, orda bundan sonra ümmətin heç  vaxt azmayacağı bir yazı yazsın. Mən vaxt darlığından və bunu yazmağa vaxtın olmayacağından ehtiyat edərək dedim: Mən yaxşı anlayaram və yadda saxlayaram. O (sallallahu aleyhi və səlləm) isə belə dedi: Sizə namazı, zəkatı və əliniz altında olanları vəsiyyət edirəm".[1]

Əhli sünnət bu rəvayəti məhz "Allah rəsulu məhz bu şeyləri vəsiyyətində yazmaq istəyirdi" iddiasını irəli sürməkdən ötrü qeyd etmir. Ona görə qeyd edir ki, birincisi, bu rəvayətdən göründüyü kimi Rəsulullah (sallallahu aleyhi və səlləm) Əliyə də yazmağı əmr etmişdir. Onda niyə o bunu etməmişdir? İkincisi, əgər yazmaq istədiyi şey, iddia edildiyi kimi, Əlinin xilafətinin təyini idisə, elə bunu Əliyə niyə yazdırmadı?

Həmçinin biz soruşuruq: Peyğəmbər (səllallahu aleyhi və səlləm) Hüdeybiyyə sülhündə Əliyə "poz!" dedikdə nə üçün Əli pozmadı? Məgər Allah rəsulu vəhylə danışmır və onun əmrinə tabe olmaq vacib deyil? Yoxsa Əli bundan istisnadır?

Belə çıxır ki, Peyğəmbər ayağa qalxsaydı, Ömər deyəcəkdi ki, sən bizə lazım deyilsən, daha əlimizdə Quran var və Allah dinimizi tamamlayıb - sözünə gəldikdə isə aşağıdakı məqaləni oxumağınızı tövsiyə edirik:

Ömərin (r.a) "Quran bizə yetər" sözü ətrafındakı şübhəyə cavab

Mövzu ilə əlaqədar əhli-sünnət ilə şiənin kiçik bir debatı:

Mənim üçün Kağız Qələm gətirin


[1] "Müsnəd" 2/84, 161, hədis: 655, 693 Əhməd Şakirin tədqiqatı ilə; həsən hədisdir.