Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Səfərdə olanın oruc tutması

SUAL:
Müsafir üçün oruc tutmaq daha yaxşıdır, yoxsa onu tərk etmək? Xüsusən də heç bir çətinlik olmayan səfərdə.
CAVAB:

Ümumən səfərdə orucu tutmaq da, tutmamaq da icazəlidir. Əgər səfər müsafirin orucuna təsir etmirsə, səfərdə oruc tutmaq daha yaxşıdır. (Səhabə) Əbu Dərda rəvayət edir ki, şiddətli istidə səfərə çıxmışdıq. Günəşdən üzümüzü əlimiz ilə qoruyurduq. Bizdən ancaq Peyğəmbər və Abdullah bin Ravahə oruc tutmuşdu. (Buxari və Muslim)

Lakin, səfər ağır və məşəqqətli olarsa, müsafirin oruc tutması bəyənilmir. Çünki, Peyğəmbər ﷺ bir dəfə səfərdə ikən oruc tutan və istinin şiddətindən əziyyət çəkən bir kişini görüb belə dedi: «Səfərdə oruc tutmaq heç də yaxşı əməl deyil.» (Buxari və Muslim)