Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
Sufilikdə himmət anlayışı
Vaaleykum salam va rahmatullah və bərəkətuhu
1. Təsəvvufda himmət qısa olaraq qeyd etməli olsaq, "şeyxdən mədət ummaq" deməkdir. Bu da elə şirkin özüdür. Sadəcə olaraq bəzi avam insanlar şəraba müxtəlif adlar verməklə işdikləri kimi, bir çox sufilər də şirkə müxtəlif adlar verərək işləyirlər. Əsas olan bir şeyin adının müxtəlif olub-olmaması deyil, həmin şeyin mahiyyəti və həqiqətidir. Ona görə də bu cür insanlara ilk öncə belə sual verin: Şirk nədir? Qoy sizə şirkin tərifini desin, mənasını izah etsin. Belə bir vəziyyətdə iki şeydən biri ilə qarşılaşacaqsınız:
Ya şirkin mənasını bilməyəkdir, ya da biləcəkdir.
Əgər şirkin mənasını bilməyəcəksə, o zaman ona belə de: "Mahiyyətini bilmədiyin bir şeyin (şirkin) himmətlə əlaqəsinin olub-olmadığını necə bilə-biləcəksən?"
Əgər şirkin mənasını bilsə, o zaman özü də görəcək ki, himmət dediyi anlayış ilə Məkkə müşriklərinin şirki arasında mahiyyət etibarı ilə elə də böyük bir fərq yoxdur.
2. Bəli, bu cür kəslərin hidayəti üçün dua etmək olar və lazımdırda. Biz də Uca Allahdan belələri üçün bəsirət və hidayət diləyirik.