Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Xəstələrin oruc tutması

SUAL:
Əgər həkim hər hansı bir xəstəyə bir neçə il oruc tutmağa icazə vermirsə, bu şəxs nə etməlidir?
CAVAB:

Əgər bu həkim öz ixtisasında mahirdirsə və etibarlı həkimdirsə, onun dediklərinə tabe olmaq lazımdır. Bu şəxsin xəstəliyi sağalan xəstəlikdirsə, tutmadığı günlərin qəzasını hətta bir neçə ay qəza olsa belə, sağaldıqdan sonra dərhal tutmalıdır.

Bu şəxs sağaldıqdan sonra qarşıdan gələn Ramazan ayına qədər qəzalarını tutmayıbsa qəzalarla bərabər həmin günlərin sayı qədər kasıb da yedizdirməlidir. Əgər bu şəxsin xəstəliyi xroniki xəstəlikdirsə, oruc tutmadığı günlərin sayı qədər kasıb yedizdirməlidir.