Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Xəstələrin oruc tutması

SUAL:
Xəstəyə oruc tutmaq vacibdirmi?
CAVAB:

Əgər bu şəxsin xəstəliyi xroniki (sağalmayan) xəstəlikdirsə və oruc tutmaq ona zərər verirsə, o, orucu tərk etməli və tutmadığı hər günün əvəzinə bir kasıb yedizdirməlidir. Əgər onun xəstəliyi xroniki deyilsə, onda o, xəstə olduğu müddətdə oruclarını tərk etməli və sağaldıqdan sonra həmin günlərin qəzasını tutmalıdır. Uca Allah buyurur:

«Müəyyən sayda olan günləri oruc tutmalısınız. Sizlərdən xəstə və ya səfərdə olanı varsa, başqa günlərdə eyni sayda oruc tutmalıdır. Buna taqəti olmayanlar isə buraxdığı hər gününün əvəzinə bir yoxsulu yedirtməklə fidyə verməlidirlər.» (Bəqərə surəsi 184-cü ayə)