Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Kəlmeyi Şəhadət

SUAL:
Salam aleykum Ətrafımız Kəlmeyi Şəhadəti bilməyənlərlə doludur. Daha Kəlmeyi Şəhadətin nə demək olduğunu bilməyən insanlar var. Və böyük ehtimalla bu insanlar Kəlmeyi Şəhadətin niyə deyildiyini də bilmirlər. Bəs Kəlmeyi Şəhadəti deməsə də birinə Müsəlman demək olarmı ?
CAVAB:

Vaaleykum salam

Kəlmeyi şəhadət İslamın ilk rüknüdür. Hər bir müsəlmana vacib olan şəhadət kəlməsinin mənasını bilməsi, ona etiqad etməsi, onu iqrar edərək bu kəlmənin tələblərinə uyğun yaşamasıdır. Lakin bir insanın zahirən müsəlman adlanması və bu dünyada onunla müsəlman kimi rəftar edilməsi üçün ilkin mərhələdə onun özünü İslama nisbət etməsi, yaxud müsəlman olduğunu ifadə edəcək bir əməl etməsi kifayət edir. Yəni bir insan, hətta əsli kafir olan biri: "Mən müsəlmanam" - desə, lakin şəhadət kəlməsini deməsə, onunla müsəlman kimi rəftar olunmalıdır. Axirətdəki halı isə Allaha aiddir.