Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Ramazanın başlamasından gec xəbəri olanlar

SUAL:
Hər kim Ramazan ayının başladığını dan yeri ağardıqdan sonra xəbər tutubsa o nə etməlidir?
CAVAB:

Bu şəxs günün qalan hissəsini oruc tutmalıdır. Niyyətsiz başladığına görə, bu günün orucu sayılmır. Buna görə də qəzasını sonradan tutmalıdır.