Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Təyyarədə iftar

SUAL:
Təyyarədə olan şəxs nə vaxt iftar etməlidir?
CAVAB:

Əgər hər hansı bir şəxs gün batdıqdan sonra iftarını edib təyyarəyə minərsə, təyyarə göyə qalxdıqdan sonra günəşi görsə də belə orucu səhih sayılır. Əgər bu şəxs təyyarədə olarkən hələ günəş batmamışdırsa, onda iftarını günəş batdıqdan sonra edir.