Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Sahur

SUAL:
Salam Aleykum. Səhur etmək şərtdirmi?
CAVAB:

Va aleykumussalam varahmatullah!

Xeyr! Səhur etmək müstəhəbdir və oruc onsuz da məqbuldur. Peyğəmbər ﷺ demişdir:

«Dan yeri ağarana yaxın səhur edin! Həqiqətən, səhurda bərəkət var.» (Buxari və Muslim)