Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Orucu pozmağa niyyət etmək

SUAL:
Əssələmu aleykum. Orucu pozmağı qətiyyətlə niyyət edən kəsin orucu pozulurmu?
CAVAB:

Va aleykumussalam varahmatullahi vabarakatuhu!

Orucu pozmağı qətiyyətlə niyyət edən kəs heç nə yeməsə də, içməsə də belə tutduğu oruc batil olur. Həmin şəxs orucuna davam etməli, üstəlik həmin günün əvəzinə başqa aylarda bir gün oruc tutmalıdır.