Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Ramazan nəsihəti

SUAL:
Necə edim ki Ramazanın bərəkətindən məhrum olmayım?
CAVAB:

İbn Useymin demişdir:

Bəzi şeylər vardır ki, oruc tutanın orcunu batil etməsə belə oruc tutanın onları etməsi qadağandır.

Bunlar “mufattirat mə`nəviyyə (mənəvi pozuntular)” adlanır. Bunlara aiddir: Qeybət- qardaşını onun xoşlanmadığı bir tərzdə xatırlatmaq; nəmimə-insanlar arasında dedi-qodu yaymaq. Həmçinin buraya təhqir etmək, insanları aşağılamaq və söymək və digər qadağan olunmuş sözlər daxildir. Bütün bu məsələlər müsəlmana qadağandır, fərqi yoxdur istər oruc tutsun və yaxud oruc tutmasın. Bununla belə, oruc tutan adama gəldikdə bu daha şiddətlidir.

Çünki bu cür şeylər oruc tutanın orucunun savablarını silib apara bilər, beləcə onu tamamilə faydasız tərk edə bilər. Onun qazanmış olacağı yeganə şey yorğunluq, susuzluq və aclıq olar.

Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir:
“Kim yalan danışmağı və ona əməl etməyi, cahilliyi tərk etməzsə Allahın, onun yeməyini və içməyini tərk etməsinə, ehtiyacı yoxdur”.

Bu işlər həmişə və hər zaman qadağan edilmişdir; bununla belə oruc tutan adama gəldikdə bunun günahı daha şiddətlidir. Çünki bu cür işlər ya oruc tutanın orucunun savabını aradan qaldırır, ya da bunu azaldır və ya da deşər.

Çünki, oruc-necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir-qalxandır (yəni, mühafizə, qoruyucudur). Elə isə qalxan deşilərsə, onun sahibinə bunun heç bir faydası olmaz, nə də onu düşmənin oxlarından qoruyar. Lakin qalxan güclü və bərk olarsa sahibi özünü düşmənin silahından qorumaq üçün ondan istifadə edə bilər.

Eynilə, oruc doğrudursa (yəni, Şəriətə müvafiq yerinə yetirilərsə) və qeybət, nəmimə (dedi-qodu), yalan söz və təhqirlərdən uzaqdırsa, o zaman həqiqətən də bu onu Allahın əzabından müdafiə edir. Lakin orucu zəifdirsə, qeybət, nəmimə, təhqirlər, yalan söz və söyüşlə ilə deşilmişdirsə o zaman bu elə bir orucdur ki, nə günahın qarşısını alacaqdır, nə də cəzanın.

Zaad əl-Mustağni əsərinin şərhi (2/382-383)