Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Müsafirlik və oruc

SUAL:
Səfərdə olan adamın orucunu açması üçün, həmin səfərin çətin olub olmaması şərtdirmi? Müsafirin oruc tutması yaxşıdır yoxsa iftar etməsi?
CAVAB:

Əgər səfərdə ikən oruc tutmaq onun üçün məşəqqət deyilsə, bu halda oruc tutmağı daha yaxşıdır, amma vacib deyil. Yox əgər məşəqqət varsa, bu halda orucunu açması daha məsləhətdir.

Hər bir halda Səfərin çətin və ya rahat olmasından asılı olmayaraq müsafir orucunu aça bilər. Səfərin maşın, təyyarə və ya piyada olmasının heç bir təsiri də yoxdur. Çünki şəriət müsafirə səfərdə olarkən orucunu açmağa icazə vermiş və onun üçün heç bir şərt kəsməmişdir. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) və onun səhabələri səfərdə olarkən bəziləri oruc tutar digərləri isə iftar edərdilər. Lakin heç kəs buna görə bir-birinə irad tutmazdı. Onlar səfər zamanı çətinliyə düşəndə isə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) oruclarını açmağı tövsiyə edərdi.